Rusiyada ziddiyyətli Stalin dərsləri

Sizin brauzer HTML5-i dəstəkləmir

İosif Stalinin ölümündən 60 il keçir. Bu müddət ərzində Stalinə ziddiyyətli yanaşmalar belə görünür Rusiyada hələ də tam aradan qalxmayıb. Hətta orta məktəb dərsliklərində keçmiş sovet diktatoru ziddiyyətli fikirlərlə xarakterizə olunur. AzadlıqRadiosunun rus xidmətinin əməkdaşları orta məktəb şagirdləri və müəllimlərlə Stalinin xarakteri və siyasəti haqqında söhbət edib, onların nələri bildiklərini öyrənməyə çalışıblar.