Putin anti-siqaret qanununu imzaladı

Hələlik kafedə siqaret çəkmək olar

Rusiya prezidenti Putin ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanunu imzaladı.

İyunun 1-dən ictimai nəqliyyatda, avtobus dayanacaqlarında, inzibati binalarda siqaret çəkmək olmayacaq.

2014-cü il iiyunun 1-dən isə gəmilərdə, uzaq yola çıxan qatarlarda və hotellərdə, kafe və restoranlarda siqaret çəkmək qadağan olunur.

Rusiyada yaşlıların 40 faizi siqaret çəkir. 

Rusiya siqaret çəkilməsinə görə dünyada öndə gedən ölkələrdəndir.