Kadyrov Gerard Depardieu-yə ziyafət verib - [Video]

Çeçenistan prezidenti Ramzan Kadyrov və aktyor Gerard Depardieu Grozny-da ziyafətdə

-
Dəbdəbədən, bahalı hədiyyələrdən və dünyanın tanınmış insanlarıyla dostluq etməkdən zövq aldığını deyən Çeçenistan prezidenti Ramzan Kadyrov fevralın 24-də məşhur fransalı aktyor Gerard Depardieu-yə (Jerar Depardye) paytaxt Grozny-da qonaqlıq verib.

Kadyrov özü aktyoru Grozny hava limanında qarşılayıb və bu haqda ilk fotonu İnstagram-da paylaşıb.

Aktyoru ölkəsində görməkdən məmnun olduğunu deyən Kadyrov Gerard Depardieu-yə hərbiçi papağı da hədiyyə edib.

Prezident sarayında ziyafətdə iştirak edən Gerard Depardieu daha sonra Qafqaz rəqsləri oynayıb.

Ramzan Kadyrov aktyorun ikinci dəfə Çeçenistana gəldiyindən qürur duyduğunu deyib.

Çeçenistan prezidenti oktyabrın 5-də özünün 35 yaşı tamam olan gün təmtəraqlı bir şənlik təşkil etmişdi.

Grozny-nın "Şəhər Günü" adı altında keçirilən mərasimə Hollywood ulduzları Jean-Claude Van Damme və Hilary Swank da qatılmışdı: