Əfqanıstanda 2 zabit öldürülüb, 3-ü yaralanıb

Foto arxiv

Əfqanıstanın şərqində törədilmiş partlayışda kəşfiyyat xidmətinin 2 zabiti ölüb, 3-ü isə yaralanıb.

İntiharçı minalanmış maşını Calalabad şəhərindəki milli təhlükəsizlik idarəsinin qarşısında partladıb.

Həmçinin binaya zərər dəydiyi bildirilir.
Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.