Pakistanda törədilmiş hücumda 4 adam ölüb

Pakistanın şimal-qərbində polis maşınına edilmiş hücum zamanı 3 yaraqlı və 1 polis əməkdaşı ölüb, 2 polis isə yaralanıb.

İnsident Pişəvar şəhərinin 50 kilometrliyində baş verib.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.
Amma polis hesab edir ki, bunun arxasında Taliban durur.