İranlı diplomat Norveçdən sığınacaq istəyib

İranın Oslodakı səfirliyinin əməkdaşı Norveç hökumətindən siyasi sığınacaq istəyib.

APA-nın məlumatına görə, bu barədə diplomatın vəkili Yorgen Levdal xəbər verib.
Onun sözlərinə görə, İranlı diplomat sığınacaqla bağlı hələ ötən ilin dekabrında müraciət edib.

Norveç hökuməti hazırda diplomatın müraciətinə baxır.