Prezident Yardımlıya 5 milyon manat ayırdı

-
Fevralın 21-də prezident İlham Əliyev Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi məqsədilə Yardımlı rayon İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılması haqqında sərəncam imzalayıb.

Yardımlı-Deman-Arvana avtomobil yolu 13 min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirir.