Dəməşqdə törədilmiş partlayışda azı 53 adam ölüb

Dəməşqdə partlayış

Suriyanın paytaxtı Dəməşqin mərkəzində törədilmiş partlayışda azı 53 nəfər ölüb, 200-dən çox adam yaralanıb.

Suriya dövlət televiziyasının məlumatına görə, minalanmış maşın hakim Bəəs partiyası və Rusiya səfirliyinin ətrafında partladılıb.

Həmçinin bu gün Dəməşq ətrafındakı ordu qərərgahının minaatanlardan atəşə tutulduğu bildirilir.