Azərbaycanla Türkiyə arasında viza rejimi sadələşdirilə bilər

Türkiyədə Azərbaycanla Türkiyə arasında diplomatik görüş olacaq.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun məlumat verib.

Onun sözlərinə görə, görüşdə iki ölkə arasında viza rejiminin sadələşdirilməsi məsələsi də müzakirə olunacaq.

O Türkiyə səfirliyinin artıq bununla bağlı Azərbaycanın xarici işlər nazirliyi ilə müzakirələr apardığını deyib.