Yunanıstanda bütün dövlət müəssisələri tətil edir

central Athens, 07Nov2012

Fevralın 20-də Yunanıstanda bu il ilk dəfədir ki, 24 saatlıq ümumi tətil keçirilir.
Tətildə bütün dövlət müəssisələri və şirkətləri, nəqliyyat, məhkəmələr, xəstəxanalar, banklar, məktəblər və universitetlər iştirak edir.

Tətil hökumətin qənaət tədbirlərinə etiraz olaraq keçirilir.

Tətil ölkənin bütün dəmir yollarını və sərnişin bərələrini də əhatə edir.

Afinada fasilələrlə yalnız avtobuslar və trolleybuslar işləyəcək, lakin onların da hərəkəti saat 11-dən 16-dək tam dayandırılacaq.

Metro işçiləri və aviadispeçerlər hələlik tətilə qoşulmayıblar.

Yunanıstan Avropa Birliyinin və Beynəlxalq Valyuta Fondunun verdiyi 50 milyard avroluq kredit müqabilində 2012-ci ildə büdcədə 13,5 milyard məbləğində qənaət etməlidir.

Yunanıstanda iqtisadi böhran 6 ildir davam edir.
Avropa Birliyi və BVF indiyə kimi Yunanıstana 240 milyard avro kredit verib.