Buffet Heinz-i alır

Məşhur ABŞ maliyyəçisi və investoru Warren Buffett dünyada ketçupları ilə məşhur olan Heinz şirkətini satın alır.
Onun Heinz-ə 28 milyard dollar ödəyəcəyi bildirilir.

Buffet özü Berkshire Hathaway inverstisiya şirkəti vasitəsilə Heinz-ə 12-13 milyard ödəyəcək.

Qalan pulu isə bu alqı-satqıda onun digər tərəfdaşları olan şirkətlər verəcəklər.

Bloomberg-in məlumatına görə 82 yaşlı Warren Buffett 50 milyard dollardan çox sərvətə sahibdir.

ABŞ şirkəti olan Heinz 1876-cı ildən ərzaq istehsalı sektorundadır


John Kerry və Teresa Heinz Kerry

Bu şirkətin ən böyük səhmdarı və varisi Teresa Heinz Kerry ABŞ-ın Dövlət katibi Kerrynin xanımıdır.

Los Angeles Times qəzetinin araşdırmasına görə, Teresa Heinzin sərvəti 3,2 milyard dollardır.

.