Oscar Pistorius həbs olunub

Oscar Pistorius və onun öldürülən sevgilisi Reeva 7 fevral 2013-cü ildə çəkilmiş şəkildə

Cənubi Afrika Respublikasının məşhur atleti Oscar Pistorius həbs olunub.
O, sevgilisini öldürməkdə ittiham olunur.

Media məlumatlarına görə, hadisə Pistoriusun Pretoria şəhərindəki evində baş verib. İdmançı saat 4 radələrində evinə gələn sevgilisini oğru zənn edərək öldürüb.

Polis, səhər saatlarında qızı idmançının evində başından və qolundan güllə ilə vurulmuş halda tapıb. Və Oscar Pistorius həbs edilib.

Oscar Pistorius olimpiyada oyunlarında iştirak edən ilk paraolimpiyaçı kimi ad çıxarıb.
Xüsusi idman protezləri ilə yarışan Pistorius 2012-ci ildə London olimpiyadasında 400 metrə qaçışda yarımfinala çıxmışdı.