Milli Məclis hökumətin hesabatını müzakirə edəcək

Azərbaycan Milli Məclisi

Martın 15-də Milli Məclisdə Azərbaycan hökumətinin 2012-ci ildəki fəaliyyətinə dair hesabatı müzakirə ediləcək.

Bu barədə APA-ya Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, hökumətin hesabatı hər il parlamentin yaz sessiyasının 5-ci iclasında müzakirə olunur.
Akif Təvəkküloğlu müzakirələrin 1 gün çəkəcəyini deyir.