Rusiya ABŞ-dan olan raktopaminli ətə qadağan qoydu

Rusiyanın ABŞ-dan gətirilən ətə qadağanı qüvvəyə minib.
Rusiya ətdə olan əlavələrə görə bu qadağanı qoyub.

Rusiyanın Sanitar Xidməti elan etmişdi ki, Amerika istehsalçılarının mal, donuz və hind toyuğu ətində raktopamin olmaqda davam etsə, Rusiya bu ətləri almağı dayandıracaq.

Raktopamin heyvanları sürətli böyütmək üçün onlara verilən maddədir.
BMT-nin Ərzaq agentliyi raktopamini insan orqanizmi üçün təhlükəli hesab etmir.
Ancaq bəzi ölkələrdə, o cümlədən Çində raktopamin qadağandır.