Həftənin fotopanoramı (11-17 fevral)

Kosovo vətəndaşları Serbiyadan ayrılaraq müstəqil olmalarının 5-ci ildönümünü qeyd edirlər

63-cü Beynəlxalq Berlin Kinofestivalında «Ən yaxşı ssenari» mükafatı İranda həbsdə olan rejissor Cəfər Pənahi layiq görülüb. Pənahinin əvəzinə mükafatı iranlı rejissor Kamboziya Partovi qəbul edib. Mükafat "Parde" filminə verilib

Ermənistanın hazırkı prezidenti Serzh Sarkisianın seçki posteri sökülərkən

Təhlükə sovuşdu! 2012 DA14 asteroidi Yerin 27.7 min kilometrliyindən keçdi

World Press Photo müsabiqəsində 2012-ci ilin ən yaxşı fotosu seçilib. İsarilin Qəzzaya hücumu zamanı çəkilən fotoda həlak olmuş uşaqları ataları dəfnə aparırlar. Fotonu isveçli fotoqraf Paul Hansen çəkib

Bəhreyndə hakimiyyət əleyhinə etiraz aksiyası

Kuala Lumpur zooparkında saxlanılan 4 aylıq şimpanze (Malaziya)

Roma Papasının köməkçiləri Papanın kreslosunu səhnəyə apararkən

Kosovoda işçi "Drenas Biznes Park"ın tikintisi ilə məşğuldur

ABŞ prezidenti B. Obama Konqres qarşısında illik müraciətini edib. İllik Müraciətində o, hakimiyyətdə olduğu ilk 4 ildə inkişaf əldə olunduğunu, müharibələrin bitdiyini, iqtisadi durğunluğun geridə qaldığını qeyd edib

Fransada ət istehsalı fabrikinin işçisi

Hindistanlı dindarlar Sanqam sularında çiməndən sonra Qanq çayını keçir