Gəncədə Əkrəm Əylislinin kitablarını yandırırlar (Video)

Sizin brauzer HTML5-i dəstəkləmir

Gəncədə Əkrəm Əylislinin kitabları yandırılıb

-
Gəncə ziyalıları Əkrəm Əylislinin “Daş yuxular” romanına etiraz olaraq , şəhər meydanında yazıçının kitablarını yandırıblar.

Gəncə Dövlət Universitetinin professoru Həsənbala Sadıqov AzərTAc-a bildirib ki, xalqına böhtan atan, onu dünyada ən zalım və riyakar millət kimi təqdim edən Əkrəm Əylisli bu əsərlə Azərbaycan tarixini ləkələməyə çalışıb, erməni dəyirmanına su töküb.

Əkrəm Əylislinin “Daş yuxular” romanı ölkədə böyük qalmaqalla səbəb olub.

Yazıçı buna görə prezident İlham Əliyevin fərmanı ilə “xalq yazıçısı” adı və prezident təqaüdündən məhrum edilib.