ABŞ-ın pilotsuz təyyarəsi Pakistan ərazisini vurub

ABŞ-ın pilotsuz təyyarəsinin Pakistanda keçirdiyi növbəti əməliyyat nəticəsində azı 6 nəfərin öldüyü bildirilir.

Bu barədə Pakistan Təhlükəsizlik Xidmətindəki mənbələr xəbər verir.

Əməliyyat dünən Əfqanıstanla sərhəddə olan Cənubi Vəziristan əyalətində keçirilib.

Təhlükəsizlik xidməti ölənlərdən azı ikisinin yaraqlı olduğunu deyir.