Saakashvili xalqa müraciətini Milli Kitabxanadan etmək istəyir

Gürcüstan prezidenti Mixeil Saakashvili xalqa ənənəvi illik müraciətini Milli Kitabxanadan etmək qərarına gəlib.

Həmin müraciət parlamentdə olmalı idi. Ancaq parlament Saakashvilinin müraciətini təxirə salmağa səs verdi.

Saakashvilinin əleyhdarları Milli Kitbabxananın qarşısına toplaşıblar. Onlar deyirlər ki, prezidentin kitbaxanaya girə bilməsinə imkan verməyəcəklər.