Bərk gedənlərə cərimə artırılıb

Azərbaycanda sürət həddini aşan sürücülərə cərimələrin miqdarı artırılıb

Bu barədə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev keçirdiyi mətbuat konfransında məlumat verib.

APA-nın xəbərinə görə, K.Əliyev bildirib ki, sürət həddini aşan sürücülərə tətbiq olunan cərimələr belə artırılıb:

sürət həddini 10-20 km aşanlara 30 manat,
20-40 km aşanlara 50 manat və 2 bal,
40-60 km aşanlara 150 manat və 3 bal,
60 km və daha yuxarı həddə aşanlara isə 250 manat və 4 bal cərimə tətbiq olunur.