Şair Şaiq Vəli vəfat etdi - ViDEO

Sizin brauzer HTML5-i dəstəkləmir

Şaiq Vəli "Bumu dövran dediyin" (Şeir)

-
Şair Şaiq Vəli fevralın 6-da axşam saatlarında uzun sürən xəstəlikdən sonra Sumqayıt şəhərində vəfat edib.

Bu barədə Kulis.Az-a şairin dostu jurnalist Umud Rəhimoğlu xəbər verib.
Mərhumla vidalaşma mərasimi bu gün saat 13:00-da yaşadığı Sumqayıt şəhəri, 13-cü mikrorayon, bina 54 ünvanında keçiriləcək.
Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olan şair Şaiq Vəli Moskvada Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

Şeirləri uzun müddət mətbuatda çap olunub.