Serbia və Kosovo prezidentlərinin tarixi görüşü

Sizin brauzer HTML5-i dəstəkləmir

Fevralın 7-də Brüsseldə Kosovo prezidenti Atifete Jahjaga ilə Serbiya prezidenti Tomislav Nikolic görüşüblər. Kosovonun müstəqilliyi ilə barışmayan Serbiya indiyədək belə bir görüşdən imtina edirdi. Tarixi görüş Avropa Birliyinin Baş komissarı Catherine Ashton-un vasitəçiliyindən sonra mümkün olub, tərəflər Brüsseldə görüşməyə razılıq veriblər.