Ahmadinejada Misirdə ayaqqabı atmaq istəyiblər

Mahmud Ahmadinejad

İran prezidenti Mahmud Ahmedinejad 79-cu ildən bu yana Misirə səfər edən ilk ölkə prezidentidir.

O Misirə İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin sammitində iştirak etmək üçün gedib.

Mlumatlara görə, Ahmedinejadın səfərinə etiraz edən aksiyaçılardan biri ona ayaqqabı atmaq istəyərkən polis tərəfindən saxlanıb.

O səfər çərçivəsində misirli həmkarı Muhammad Morsi ilə görüşüb.
Görüşdə regional inkişaf, və Suriya münaqişəsinin həlli yolları müzakirə olunub.
Misir bu münaqişədə müxalifətin, İran isə Bashar Assad rejiminin tərəfini saxlayır.