Əkrəm Əylislinin oğlu işdən çıxarıldı

-

“Daş yuxular” romanına görə hakim Yeni Azərbaycan Partiyasının tənqidləri ilə üzləşən yazıçı Əkrəm Əylislinin oğlunu işdən çıxarıblar.

Polkovnik-leytenant Nəcəf Naibov-Əylisli Gömrük Komitəsində şöbə müdiri işləyirdi.

Azadlıq Radiosunun “Oxu zalı”na müsahibəsində yazıçı bildirib ki, onun oğlu heç zaman siyasətə qarışmayıb və onun işdən çıxarılması ədalətsiz hərəkətdir.