Kür və Arazda biogen maddələr, mis və fenol

Tbilisidə Kürdə balıq tutan

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz çaylarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə növbəti monitorinq aparıb.

Monitorinqə görə, Gürcüstan və Ermənistandan təmizlənmədən birbaşa suya axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri ilə Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.

Suyun tərkibindəki çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən həddi keçib.

Monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar yol verilən həddi 3 dəfə, mis birləşmələri 4 dəfə keçib.

Şahsevəndə fenollar 2 dəfə , mis birləşmələri 3 dəfə, Bəhramtəpədə isə fenollar 2 dəfə, mis birləşmələri 4 dəfə yol verilən həddi keçir.