Çantasında 70 milyon dollarlıq çek olan sərnişin kim imiş?

Iran -- Tahmaseb Mazaheri, head of Central Bank resigns, Sep2008

Almaniyanın Düsseldorf hava limanında 59 yaşlı sərnişin yoxlamadan keçəndə onun çantasından 300 milyon Venesuela bolivarı məbləğində pul çeki tapılıb.

İndiki məzənnə ilə bu, 70 milyon dollardır.

Araşdırma nəticəsində məlum olub ki, bu şəxs Tahmasib Mazaheridir.

Mazaheri 2008-ci ilə qədər İran Mərkəzi Bankının sədri olub.

Mazaheri Türkiyədən gəlirmiş.

Almaniya pulyuma əməliyyatı şübhəsi ilə istintaqa başlayıb. .