İran prezidenti ilə parlament spikerinin mübahisəsi düşüb

Iran prezidenti ilə parlament sədrinin İran parlamentində mübahisəsi düşüb.

Prezident Ahmadinejad parlament sədri Ali Larijaninin ailəsini korrupsiyada ittiham edib.
Əhmədinejad spikerin qardaşı Fazel Larijaninin səsi yazılmış lenti iclasda səsləndirib.

Larijani bu ittihamı cavabsız qoymayıb. O deyib ki, Ahmadinejad da öz siyasi yaxınlarına qarşı istintaqların qabağını alır.

Bundan sonra parlament iclasında xaos yaranıb.