Ehud Barak Tehrana təzyiq göstərməyə çağırıb

Ehud Barak

İsrailin müdafiə naziri Ehud Barak beynəlxalq aləmi nüvə silahə əldə etməsinə yol verməmək üçün İran rejiminə təzyiq göstərməyə çağırıb.

O İsrailin bu məsələyə ciddi yanaşdığını və onun həlli ilə bağlı bütün mümkün variantlara baxmağa hazır olduğunu deyib.

Ehud Barak belə bir bəyanatla Münhendə keçirilən beynəlxalq təhlükəsizlik konfransında çıxış edib.