SimsizTeleqraf-da ilk qalib

-

Elçin İsmayıllı



SimsizTeleqrafda həftəlik müsabiqəmizin qalibi İsmayıllı rayonunda yaşayan Elçin İsmayıllı oldu. 

Elçin İsmayıllı həm də bur rayonda "Azadlıq" qəzetinin müxbiri kimi çalışır. 

Onun bu rayonda yanvarın 23-ü gecə başlayan toqquşmalar zamanı telefonu ilə çəkib bizə göndərdiyi video keçən həftə AzadlıqRadiosunun saytında ən çox izlənən ilk 4 video-dan biri oldu. 
Həmin videonu burada izləyə bilərsən. 

Fevralın 1-də Bakıda olan Elçinə hədiyyəsi olan fotoaparatını təqdim etdik. 

Müsabiqə isə hələ qarşıdakı 9 həftədə də davam edir. Görüb-eşitdiyin maraqlı hadisələr, əhvalatları əlinin altında olan bir şeylə fotoya, videoya çəkib bizə göndər, bir fotoaparat da sənin olsun.

Qaçırma, qarşıdakı 9 həftədə qaliblərdən biri də sən ola bilərsən.

 
Ötən həftə SimsizTeleqraf müsabiqəsində qalib olan video:

Sizin brauzer HTML5-i dəstəkləmir

Müsabiqə üçün: Ismayıllıda hadisələrində qazdan boğulan sakin