ABŞ-ın vitse-prezidenti Suriya müxalifəti ilə görüşür

Birləşmiş Ştatların vitse-prezidenti Joe Biden Suriya müxalifətinin liderləri ilə görüşəcəyini deyir.

Görüş Münhendə keçirilən beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində baş tutmalıdır.

O Vaşinqtonun Suriya müxalifətinə dəstəyi davam etdirəcəyini bəyan edib.
ABŞ indiyədək Suriya müxalifətinə 50 milyon dollardan çox yarım göstərib.

O həmçinin Suriyada çətin günlərin hələ qabaqda olduğunu və müxalifətin getdikcə gücləndiyini vurğulayıb.