Mexikoda baş vermiş partlayışda azı 32 adam ölüb

Meksikanın paytaxtı Mexikoda Dövlət Neft Şirkətinin binasında baş vermiş partlayışda azı 32 adam ölüb.

Bundan əvvəl 25 nəfərin öldüyü, 120-dən çox adamın yaralandığı bildirilirdi.
Dağıntılar altında qalanların axtarışı davam etdirilir.

Partlayış nəticəsində göydələnin 3 mərtəbəsinə ciddi xəsarət dəyib.
Partlayışın səbəbi ələlik bəlli deyil.