ABŞ-ın yeni dövlət katibi Dağlıq Qarabağ münaqişəsindən danışıb

John Kerry

-
Birləşmiş Ştatlar Minsk Qrupunun üzvü olaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün tərəflərə yardımını davam etdirəcək.

Bu barədə ABŞ-ın yeni Dövlət katibi John Kerry senator Robert Menendez və Barbara Boxer-in məktubuna cavab olaraq bildirib.

Məktubda deyilir ki, o, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əlindən gələni edəcək.

İşğal olunmuş ərazilərində uçuşlara imkan verməyəcəyi haqda Azərbaycanın bəyanatı ilə bağlı suala cavabında J.Kerry deyib ki, tərəflər bu təhlükəli vəziyyəti diplomatik yolla aydınlaşdırmalıdırlar. Amerika Administrasiyası qəti şəkildə bildirir ki, regionda gərginliyi artıracaq, münaqişənin sülh yolu ilə həllinə mane ola biləcək istənilən addımın əleyhinədir.

J.Kerry Dövlət katibi vəzifəsində Hillary Clinton-u əvəzləyib. O, ABŞ-ın sayca 68-ci Dövlət katibidir. İlk dəfə bu vəzifəni 1789-cu ildə George Washington-un təyin etdiyi Thomas Jefferson icra edib. /ANS/