ABŞ-ın Ankaradakı səfirliyi qarşısında partlayış olub

Sizin brauzer HTML5-i dəstəkləmir

Fevralın 1-də ABŞ-ın Türkiyə paytaxtı Ankaradakı səfirliyinin qarşısında partlayış törədilib. Hadisə zamanı azı 1 nəfər həlak olub, bir neçə nəfər də yaralanıb. Partlayış nəticəsində səfirliyinin binasının çöl divarlarında zədələr əmələ gəlib. Şahidlər təcili yardım və yanğınsöndürənlərin hadisə yerinə gəldiklərini deyirlər.