David Beckham "Paris Saint-Germain” klubunda oynayacaq

David Beckham

İngiltərəli futbolçu David Beckham Fransanın “Paris Saint-Germain” klubunda oynayacaq.

37 yaşlı futbolçu klubla 5 aylıq müqavilə imzalayıb.

O bu müddət ərzində alacağı maaşın xeyriyyə məqsədi, parisli uşaqlara gedəcəyini deyib.

PSG Beckhamın sonuncu klubu olacaq.