Yazışı Əkrəm Əylisilinin evi qarşısında etiraz aksiyası keçirilib

Əkrəm Əylisli

Bu gün bir qrup gənc yazıçı Əkrəm Əylisilinin evi qarşısında etiraz aksiyası keçirib.

AzadlıqRadiosun müxbirinin hadisə yerindən verdiyi məlumata görə, yazıçının “Daş yuxular” romanına etiraz edən aksiyaçılar "Əkrəm, ölkədən çıx!" və s. şüarlar səsləndirib, onun şəkillərini yandırıblar.

Polis hadisə yerinə gec gəlib və aksiyaya müdaxilə etməyib.

Yerli agentliklər aksiyanın Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatı və bir qrup tələbə tərəfindən keçirildiyini yazırlar.

Onlar yazıçını Azərbaycan xalqını təhqir etmək və alçaltmaqda günahlandırırlar