Ali məktəb rektorları cərimələnə bilərlər

Məleykə Abbaszadə

Tələbə-məzunlar haqqında məlumatları vaxtında verməyən ali məktəb rektorları cərimələnəcək.

Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə tələbə qəbulu nəticələrinin təhlilinə həsr olunmuş konfransda deyib.

O qeyd edib ki, ali məktəbdə keçirilən imtahanların nəticələri, universitetlərdən xaric edilən tələbələrin siyahısı və diplom alan məzunlar haqda məlumatlar mütamadi olaraq tələbə-məzun informasiya bazasına yerləşdirilməlidir.

O qeyd edib ki, bəzi ali məktəblər bu işi 91%, bəziləri isə 29% yerinə yetirib və bu qaydanı pozan rektorlar 2500 manat cərimə oluna bilərlər.