"Birinci ledi"nin romanı Bakıda çap edildi

-

"Qanun" və "Əli&Nino" nəşriyyatları ingilis ədəbiyyatının ən çox oxunan daha bir yazarının əsərini Azərbaycan dilinə çevirərək çap etdi.

Bu günə qədər “ingilis ədəbiyyatının birinci xanımı” kimi tanınan Jane Austen-in (Ceyn Ostin, 1775 – 1817) “Qürur və qərəz” romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir.

Ən başlıcası isə odur ki, yazıçı bütün başqa qələm sahiblərindən fərqli olaraq oxucusunun psixi-emosional dünyasına təcavüz edib, onun hiss və duyğularıyla oynamır.

Hadisələr romantik, sakit bir axarda cərəyan edir.

Ağlı, qüruru, bitkin xarakteriylə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.

Əsəri Xalid Kazımlı tərcümə edib.