Mədəniyyət və Turizm Nazirliyi səhnə geyim eskizləri müsabiqəsi keçirir

Arxiv foto

-

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Rəqs Ansamblı üçün milli geyim nümunələri əsasında səhnə (rəqs) geyimlərinin eskizlərinin yaradılması üzrə müsabiqə elan edib.

Xəbəri nazirliyin saytı yayıb.

Müsabiqənin şərtlərinə görə, geyim eskizləri Azərbaycan milli geyimlərinin xüsusiyyətlərini əks etdirməli, müxtəlif rəqslərin ifası üçün funksional spesifikaya malik olmalıdır.

Geyim eskizləri martın 1-dən gec olmayaraq nazirliyə təqdim edilməlidir.

Münsiflər heyəti tərəfindən seçilmiş eskizlərin müəlliflərinə 1000 manat (1-ci yer), 800 manat (2-ci yer), 600 manat (3-cü yer) və 200 manat həvəsləndirici mükafat veriləcək.