Ariel Sharonun beyni "əhəmiyyətli fəallıq" göstərir

İsrail və ABŞ alimləri bildiriblər ki, Ariel Sharonun beyni “əhəmiyyətli aktivlik” göstəırir. 

İsrailin keçmiş baş naziri Sharon 2006-cı ildən komadadır.

Alimlər bildirirlər ki, Sharona ailə üzvlərinin fotosunu göstərəndə və oğlunun səsini nümayiş etdirəndə onun beyni fəallıq göstərir.
Ancaq həkimlər Sharonun komadan çıxa biləcəyinə ehtimalın az olduğunu bildirirlər.