Azərbaycanda rekord lotereya uduşu qeydə alınıb


Azərbaycanda «Azərlotereya» ASC-nin fəaliyyət dövrü ərzində ən iri lotereya uduşu qeydə alınıb. Bu barədə cümə günü Trend-ə ASC-nin sədri Maqsud Tağıyev bildirib.

Yanvarın 24-ü axşam «6/40» lotereyasının oynanılması zamanı 149 745 manat məbləğində uduş qeydə alınıb.

«Qalib hələlik uduşun alınması üçün müraciət etməyib», Tağıyev bildirib. Buna qədər Azərbaycanda rekord uduş 130 min manat məbləğində olub.