Ötən il Avropa Məhkəməsi Azərbaycanla bağlı 17 qərar çıxarıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2012-ci ildə Azərbaycanla bağlı 17 qərar çıxarıb.

APA-nın xəbərinə görə, bu barədə AİHM-nin ötən ilki fəaliyyəti ilə bağlı ənənəvi məruzəsində bildirilir.

Bu qərarların 5-i ədalətli məhkəmə hüququ, 6-sı mülkiyyət hüququ, daha 6-sı isə azad seçkilər hüququ ilə bağlı olub. Ümumiyyətlə, ötən il Azərbaycandan AİHM-ə 1299 müraciət daxil olub. Onlardan 694-ü rədd edilib, 342 müraciət isə icraata qəbul edilib.

Ötən il AİHM ümumilikdə 128 100 işə baxıb. Bu işlərin əksəriyyəti Rusiya, Türkiyə, İtaliya və Ukraynadan olan müraciətlərlə bağlı olub.