İctimai fəal Mehdi Şamilli azadlıqdan məhrum edilib

Yanvarın 24-də Sabunçu Rayon Məhkəməsi ictimai fəal Mehdi Şamillini 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Vəkil Cavad Cavadov məhkəmə qərarından apellyasiya şikayəti verəcəklərini deyib.

Mehdi Şamilli 2012-ci il avqustun 6-da həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur.