BMT İranda 21 yaşlı gəncin edam edilməsindən dərin narahatlıq bildirib

BMT-nin insan haqları üzrə idarəsi İranda 21 yaşlı cinayətkarın edam edilməsi xəbərindən dərin narahatlıq bildirib.

Məlumatlara görə Ali Naderi yanvarın əvvəllərində edam edilib.
O 17 yaşında qətl törətdiyinə görə edam olunub.

BMT-nin məlumatında deyilir ki, 18 yaşına çatmamış şəxslər barəsində ölüm hökmü çıxarıla bilməz.
Sənəddə uşaq hüquqları barədə beynəlxalq konvensiya, mülki və siyasi hüquqlarla bağlı beynəlxalq pakt yada salınır.