Obama andiçmə mərasimində dünyada demokratiyaya dəstək vəd edir

Vaşinqtonda Barack Obamanın andiçmə mərasimi keçirilib
Andiçmə mərasimindəki çıxışında Obama bölünmüş Amerikanı bir millətdə, bir xalqda birləşməyə çağırıb.

O həmçinin yeni sınaqlara yeni cavablar verməyə çağırıb.

Obama onu da bildirib ki, Amerika dünyada demokratiyanı dəstəkləyəcək, azadlıqsevən qüvvələrin arxasında duracaq.