Qahirənin ətrafında toqquşma olub, ölənlər var

Qahirənin ətraf qəsəbələrindən birində polislə yerli sakinlər arasında baş vermiş toqquşmada azı 4 nəfər ölüb, 12 nəfər yaralanıb.
Yaralananlardan 3-ü polisdir.

Məlumatlara görə polisin narkotik alverçisini təqib edərkən açdığı atəşlərdən biri ətrafdan ötən yerli sakinə dəyib və bundan sonra qarşıdurma yaranıb.

Toqquşma bir neçə saat davam edib.