20 yanvar hadisələrindən 23 il keçir

Şəhidlər Xiyabanı

-
Səhər saatlarından 20 yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev də Şəhidlər xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının qəbirlərini ziyarət edib, İlham Əliyev “Əbədi məşəl” kompleksi önünə əklil qoyub.
Azərbaycan hökumətinin üzvləri, parlamentin deputatları, diplomatik korpusun nümayəndələri də Şəhidlər xiyabanını ziyarət ediblər.
Ziyarət axşam saatlarına kimi davam edəcək. Ziyarətlə əlaqədar Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Saat 12.00 radələrində isə Bakı şəhərində şəhidlərin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunacaq.