Sabah Şamaxıda qaz olmayacaq

Foto arxiv

Sabah Şamaxının qazla təhcizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar , yanvarın 18-i saat 09:00-dan 17:00-dək “Dilman-Şərədil” xətti istisna olmaqla Şamaxı Avtomatik Qazpaylayıcı Stansiyasından qaz təchizatı dayandırılacaq.

Təmir müddətində Şamaxı şəhəri də daxil olmaqla rayonun Meysəri, Xınıslı kəndləri və Şəhriyar qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.