Azərbaycanda dil pozuntuları araşdırılacaq

Gələn ay Azərbaycanda dil pozuntularına qarşı monitorinqlər başlanacaq.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədri Mahmud Kərimov məlumat verib.

O deyib ki, yaxın vaxtlarda AMEA Dilçilik İnstitutunda bölgü müəyyən olunacaq və televiziyada, mətbuatda, reklam sahəsində, internetdə, ictimai yerlərdə dil qaydalarına riayət olunmasını yoxlamaq üçün Monitorinq Qrupları yaradılacaq.