V-XI sinif şagirdlərinin imtahanları TQDK-ya tapşırılıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnaməyə əlavələr edilib.

Prezident İlham Əliyevin fərmanına əsasən, yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarının keçirilməsi TQDK-ya həvalə edilib.