Həbsdə olan jurnalist Əvəz Zeynallı dəmir barmaqlıqları döyəcləyib

Əvəz Zeynallı

Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının növbəti məhkəməsi olub.

Hakim müdafiə tərəfinin qaldırdığı vəsadətlərdən heç birini təmin etməyib.
Vəsadətlər Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovun yenidən dindirilməsi və barəsində cinayət işi açılması, həmçinin işi aparmış müstəntiq Qabil Qasımovun məhkəməyə dəvət olunub şahid kimi dindirilməsi ilə bağlı ildi.

Buna etiraz edən Əvəz Zeynallı dəmir barmaqlıqları döyəcləməyə və
qışqırmağa başlayıb:

“Mən bu məhkəmədən ədalət gözləmirəm, nə bu məhkəməni, nə də onun çıxaracağı qərarı tanıyıram”.

Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-də həbs olunub.
O keçmiş deputat Gülər Əhmədovadan hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almağa cəhddə ittiham olunur.