Somali yaraqlıları fransalı agent Denis Alexi öldürməklə hədələyir

Somalidəki “Aş Şabab” qrupu girov götürdükləri Fransa vətəndaşı Denis Alexi öldürmək fikrində olduğunu bəyan edib.
Belə bir məlumat bu gün internetdə yerləşdirilib.

Fransa xüsusi xidmətinin ötən həftə onun azad edilməsi ilə bağlı apardığı əməliyyat uğursuz olub.
Fransa hakimiyyəti onun bu əməliyyat zamanı öldürüldüyünü güman edir.

Fransa kəşfiyyatının agenti Alex 2009-cu ildə Somalidə girov götürülüb.
“Aş Şabab” qrupu “Əl Qaidə” ilə əlbirdir.